13 fevral 2025 18:10
113

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mərdəliyev Ceyhun Dadaxan oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

"07.02.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib", - məlumatda vurğulanıb.