13 fevral 2025 15:51
122

Cəmiyyəti aldatmaq üçün "Reuters"ə milyonlarla dollar ödənib - Mask

ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder İlon Mask bildirib ki, "Reuters" ictimaiyyəti çaşdırmaqla məşğuldur.

“İki sahil” xəbər verir ki,  o, "X" sosial şəbəkəsində yazıb ki, “Reuters” ABŞ hökumətindən kütləvi sosial aldatmaya görə milyonlarla dollar alıb. Bu, sözün əsl mənasında ödəniş təfərrüatlarında göstərilib.

Mask agentliyin fəaliyyətini “tam fırıldaq” adlandırıb.

Bundan əvvəl sahibkar bəzi Amerika agentliklərini alaq otları ilə müqayisə edib. Mask onların tamamilə aradan qaldırılması lazım olduğunu vurğulayıb.