Finlandiya polisi barıt fabrikinin yaxınlığında qeyri-qanuni dron uçuşları ilə bağlı faktı araşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “Yle” yerli hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.
“Polis Vihtavuoridəki Nammo barıt fabrikinin yaxınlığında mümkün icazəsiz dron uçuşunu araşdırır”, - deyə, nəşr yazıb.
Qeyd olunub ki, artıq zavodun ərazisində bir neçə dron uçuşu faktı qeydə alınıb.
"Yle"nin məlumatına görə, zavodun ərazisi və ətrafı uçuşa qadağan olunmuş zonadır.