11 fevral 2025 13:58
102

Ermənistanın Aİ-yə daxil olmasının təşəbbüskarları Aİİ-dən çıxmaq istəmədiklərini bəyan ediblər

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmasının təşəbbüskarlarından biri olan keçmiş ədliyyə naziri Artak Zeynalyan ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq istəmədiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, onun parlamentdəki çıxışı Ermənistan telekanalları tərəfindən canlı yayımlanıb.

"Bu qanun layihəsi Aİİ-nin ləğvinə və ya neytrallaşdırılmasına yox, Aİ-yə inteqrasiyanın başlanmasına yönəlib. Burada Aİİ-dən çıxmaq və ya onunla əlaqələri kəsmək kimi heç bir vəzifə yoxdur. Biz yeni bazarlar tapmağa çalışırıq", - o qeyd edib.

Ermənistan parlamenti bu gün Aİ-yə daxil olma prosesinin başlanması haqqında qanun layihəsinin qəbul edilməsi ilə bağlı müzakirələrə başlayıb.

Xatırladaq ki, Ermənistan hökuməti yanvarda bu layihəni təsdiqləyib. Baş nazir Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın Aİİ-yə avtomatik qoşulması demək olmayacaq, çünki bu məsələ referenduma çıxarılmalıdır.