11 fevral 2025 13:35
90

Pentaqon Konqresin qadağasına baxmayaraq bu addımı atdı...

ABŞ-ın müdafiə naziri Pit Heqset Fort Braqq hərbi bazasının tarixi adını bərpa edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Dünyanın ən böyük hərbi obyektlərindən biri olan Fort Braqq general Braxton Braggın adını daşıyır. Baza Fort Liberty adını 2023-cü ildə alıb. ABŞ Konqresi Pentaqonun büdcəsinin təsdiqini doqquz hərbi bazanın adının dəyişdirilməsi öhdəliyi ilə əlaqələndirmişdi.

Konqresin tələbi hələ də qüvvədə qalır, lakin yeni müdafiə naziri çıxış yolu tapıb. Onun imzaladığı sənədə görə bazanın tam adı ABŞ-ın ən yüksək hərbi mükafatları olan Gümüş Ulduz və Bənövşəyi Ürək ordenlərinə layiq görülmüş İkinci Dünya Müharibəsi veteranı “Fort Roland L. Bragg”dır.

Bazanın tarixi adına qaytarılması ilə bağlı xəbər heç də təəccüblü deyil. Müdafiə naziri Heqset dəfələrlə köhnə adların dəyişdirilməsinin əleyhinə çıxış edib, ictimai çıxışlarında bunu “biabırçılıq” və “cəfəngiyyat” adlandırıb.