11 fevral 2025 09:33
92

Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanılıb, ekstradisiya olunacaq

Bakıda arvadını qətlə yetirib, Gürcüstana qaçan şəxs saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstan Respublikasında saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.