05 fevral 2025 21:33
79

“Sabah” “Sumqayıt”la bərabərə qaldı

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, ilk oyun gününün ikinci görüşü Masazırda baş tutub.

“Sabah” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

“Araz-Naxçıvan” – “Zirə” və “Səbail” – “Qarabağ” oyunları sabah keçiriləcək. Bu mərhələnin cavab qarşılaşmaları isə fevralın 27-28-də baş tutacaq. Daha öncə “Neftçi” səfərdə “Kəpəz”ə 2:0 hesabıyla qalib gəlib.