05 fevral 2025 17:26
99

Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olundu - SƏRƏNCAM

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər Sərəncamla M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.