“Qarabağ” qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.
“İki sahil” matc.az-a istinadla xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.

Belə ki, sabiq futbolçu Kadi Borxes “Qarabağ”a qayıtmaq üzrədi. Ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçən braziliyalı vingerin “Qarabağ”la danışıqları müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.
Qeyd edək ki, Kadi Borxes 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib VİDEO
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
Ülvi Məmmədov karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək