Şəhriyar Məmmədyarovu yarışın favoriti sayıram.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Eltac Səfərli ölkə çempionatı ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib
32 yaşlı qrossmeyster 1/16 finalda Paşam Əlizadəni məğlub etməsinə (2:0) toxunub:
"İlk oyunum idi. 14 yaşlı rəqiblə üz-üzə gəldim. O qədər də asan deyildi. Daha asan olacağını düşünürdüm, rəqib pis oynamadı. Dünən qarşılaşma heç-heçəyə gedə bilərdi. Son anda qələbə qazandım".
E.Səfərli titullu şahmatçıların turnirə qatıldığını xatırladıb:
"Çox çətin olacaq. Sürpriz nəticələr qeydə alına bilər. Şəhriyar Məmmədyarovu favorit sayıram. Hər mərhələni keçmək lazımdır. Alınmasa, normal baxıram. Bu, tarixin ən güclü Azərbaycan çempionatıdır".