03 fevral 2025 15:22
89

Ronaldo Mbappeyə dəstək oldu

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Real"ın futbolçusu Kilian Mbappe haqqında danışıb.

“İki sahil” xəbər verir ki, 39 yaşlı forvard Madrid təmsilçisinin azarkeşlərindən fransalı oyunçuya dəstək olmaqlarını istəyib:

“Real" azarkeşlərini Mbappeni dəstəkləəyə çağırıram. O, böyük oyunçudur. Əminəm ki, Mbappe klubun azarkeşlərinə böyük sevinc bəxş edəcək. Kiliana çox isti münasibət bəsləyirəm. Bu, təkcə gənclik illərində onun mənə heyran olmasına görə deyil. Mən həqiqətən Mbappenin əla futbolçu olduğunu düşünürəm".