Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa Şurasının üzvü kimi əməkdaşlığa tam açıq olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “İmedi” telekanalının “Həftənin icmalı” verilişində bildirib.
Baş nazir qeyd edib ki, Avropa Şurasının baş katibi Gürcüstana səfəri zamanı konkret məsələlər üzrə razılıq əldə olunub:
“Parlament Assambleyası böyük əhəmiyyət daşımır, lakin biz Avropa Şurasının üzvü olaraq qalırıq. Baş katiblə konkret məsələlərdə razılığa gəldik və təşkilatla əməkdaşlığı davam etdirəcəyik”, - Kobaxidze vurğulayıb.
Xatırladaq ki, əvvəlcə AŞ PA, Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini müəyyən məhdudiyyətlərlə qəbul edib, tam çıxarılmasına dair təklifi rədd edib. Buna cavab olaraq, hökumət AŞ PA-da iştirakını dayandırıb, Gürcüstana qarşı “ədalətsiz yanaşma”nın dayandırılmasını tələb edib.