02 fevral 2025 01:01
154

Onu bıçaqlayan keçmiş ərini kütlənin əlindən aldı: Uşaqlarımın atasıdır

Türkiyədə qəribə hadisə baş verib.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, Kocaelidə qadın bir müddət əvvəl boşandığı keçmiş əri tərəfindən küçənin ortasında bıçaqlanıb. Həmin anları görən yerli sakinlər həmin şəxsi dəyənəklərlə linç etməyə çalışıblar. Bu zaman bıçaqlanan qadın keçmiş ərini linç etmək istəyən kütlənin qarşısını almağa çalışaraq, “Uşaqlarımın atasıdır”, - deyib.

Məlumata görə, hadisə yerinə gələn polis qrupları havaya atəş açaraq kişini kütlənin əlindən alaraq saxlayıb edib.

Hadisə yerinə gələn tibbi heyət ağır yaralı qadını təcili yardımla xəstəxanaya çatdırıb. Vəziyyətinin ağır olduğu bildirilən qadın reanimasiyaya yerləşdirilib.

Hadisə ilə bağlı vətəndaşın çəkdiyi görüntülər ortaya çıxıb. Görüntülərdə qatil keçmiş ərin qadını bıçaqladığı, vətəndaşların əllərində çubuqlarla qaçaraq gəldiyi, bunu görən şübhəlinin əlindəki bıçağı yaşıl sahəyə atdığı görünür. Görüntülərdə yerli əhalinin kişini zərərsizləşdirdiyi, qadının isə yerdən qalxaraq keçmiş ərini linç etmək istəyən vətəndaşları, “Uşaqlarımın atasıdır”, deyərək itələməyə çalışdığı görülür.

Məhərrəm Ağalaroğlu, “İki sahil”