09 iyun 2025 11:32
98

Alimlər təhlükəli virus tapıblar

Amerikalı elm adamları yeni bir koronavirus, HKU5-CoV-2 aşkarlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Nature Communications" jurnalı məlumat yayıb.

Məlumata görə, bu, ölümcül MERS-CoV virusu ilə eyni ailəyə aiddir: "Bu, iki donqarlı dəvələrdən insanlara keçən zoonoz patogendir və yoluxmuşların üçdə birini öldürən ağır tənəffüs xəstəliklərinə səbəb olur. HKU5-CoV-2 virusu 2025-ci ilin fevral ayının sonunda aşkar edilib. Alimlər dərhal bunun insanlar üçün potensial təhlükəli olduğunu bəyan etdilər. Bununla belə, yeni virusun effektivliyi COVİD-19-dan xeyli aşağıdır".