09 iyun 2025 12:49
98

Los-Ancelesdə 56 etirazçı saxlanılıb

Los-Anceles (ABŞ) səlahiyyətliləri ötən həftə sonu ən azı 56 etirazçının saxlanıldığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Saxlanılanlardan biri polisə "Molotov" kokteyli atıb, digəri isə motosikletlə hüquq-mühafizə orqanı əməkdaşının üstünə sürməkdə ittiham olunur.

Polis rəisi Cim Makdonell iyunun 7-də polis əməkdaşlarının 29 nəfəri saxladığını bildirib. Polis Departamentinin kapitanı Raul Covel növbəti gün polis əməkdaşlarının Los-Ancelesdə daha on nəfəri saxladığını bildirib.

Bundan başqa, Qərb sahili boyunca Kaliforniyadan Vaşinqton ştatına gedən magistral yolda yol patrul xidməti tərəfindən 17 nəfər saxlanılıb.