30 yanvar 2025 20:09
112

Müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə keçirilən müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, müraciətlər araşdıralacaq: "Səslərin operativ hesablanması əsas tələblərdəndir. Biz adətən çalışırıq ki, ilkin nəticələri seçkilərdən bir gün sonra açıqlayaq".

Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.