11 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında baş tutacaq görüşdə xoreoqrafiya və milli rəqs ifaçılığı sənətinin tarixi və inkişafı, müasir zamanda milli ənənələrin, dəyərlərin yaşadılması, yeni tendesiyalara yanaşma və tədris üslubu mövzularında söhbət aparılacaq.
Müxtəlif rəqs kollektivlərinin ifasında kompozisiyalar təqdim olunacaq.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək