30 yanvar 2025 08:32
128

Ağ evin federal kredit və qrantların dayandırılmasına dair qərarı ləğv edilib

ABŞ-da Tramp administrasiyasının federal kreditlər və qrantlar üzrə xərclərin dondurulmasına dair memorandumu ləğv edilib.

“İki sahil” xəbər verir ki, Ağ evin İdarəetmə və Büdcə İdarəsi tərəfindən 2 gün əvvəl hazırlanmış sənəd ölkə daxilində geniş narahatlıq və hüquqi problemlərə səbəb olduğundan belə bir addım atılıb.

Sənədə əsasən federal agentliklər bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı fəaliyyətləri müvəqqəti olaraq dayandırmalı idi. Fasilənin yeni qrantların verilməsinə də şamil edilməsi nəzərdə tutulmurdu.