Ağır Atletika Akademiyasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçirilib.
“İki sahil” xəbər verir ki, çempionatda Mərkəzi Ordu İdman Klubunu (MOİK) Nazilə Məmmədova təmsil edib.
49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birdən qaldırma hərəkətində 55 kq, təkanla qaldırma hərəkətində isə 70 kq nəticə göstərib.
N.Məmmədova ümumilikdə 125 kq nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb.