24 yanvar 2025 15:55
120

"Rolls-Royce" sualtı nüvə reaktorları üçün 11 milyard dollarlıq müqavilə qazanıb

Britaniyanın "Rolls-Royce Holdings" sənaye şirkəti ilə Kral Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayıqları üçün nüvə reaktorlarının layihələndirilməsi, tikintisi və dəstəklənməsi üçün müqavilə imzalanıb.

“İki sahil” xəbər verir ki,  "Kommersant"a istinadla xəbərverir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilənin dəyəri 11 milyard dollar olacaq və bu, Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə "Rolls-Royce Holdings" arasında imzalanan ən böyük belə müqavilə olacaq.

Müqavilə çərçivəsində Şərqi Midlenddəki zavodunda təxminən 1000 yeni iş yerinin yaradılması gözlənilir. Müqavilə səkkiz illikdir. Müqavilə çərçivəsində "Rolls-Royce Holdings" ballistik raketlərlə təchiz olunmuş ən son "Dreadnought" sinifli sualtı qayıqların üzərində işlərdə də iştirak edəcək. Bu sualtı qayıqların yaradılmasında Britaniya tərəfi ilə yanaşı, ABŞ və Avstraliya da iştirak edir.