ABŞ ilə danışıqlar İranın milli maraqlarını irəli aparmaq, xalqın hüquqlarını bərpa etmək və müqaviməti möhkəmləndirmək vasitəsidir.
“İki sahil” xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın "Keyhan" qəzetinə ünvanladığı məktubunda qeyd olunub.
"Güc vasitələrini mühafizə etməliyik ki, müharibənin nailiyyətlərini möhkəmləndirək və ölkəni düşmənlərin planlaşdırdığı böyük bəlalardan sağ-salamat keçirə bilək", - o yazıb.
Qalibafın sözlərinə görə, İran hazırda böyük problemlərlə üz-üzədir: "Bizim vəzifəmiz gücümüzü və vaxtımızı xalqın problemlərinin həllinə, İranın qüdrətinin artırılmasına, müqavimət nailiyyətlərinin qorunmasına və düşmənin uğursuzluğa düçar edilməsinə sərf etməkdir".