Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kürdəmirdə vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, görüşdə Kürdəmir, Zərdab və Ucar rayon sakinlərinin müraciətlərinə baxılıb.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında işlə təmin olunma, pozulmuş hüquqların bərpası, sosial yardım, uşaqla ünsiyyət, sağlamlıq və müalicə, ailə münaqişəsi, boşanmadan sonra yaranan problemlər və digər məsələlər yer alıb.
Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb