Azərbaycanda parlament könüllüləri layihəsinə başlanılması təklif olunub.
“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, Milli Məclis əvvəlki çağırışında da bununla bağlı təkliflər var idi, lakin pandemiya səbəbindən reallaşdırıla bilmədi:
"Eyni zamanda idman sahəsinin maliyyələşdirilməsi, buna investisiya cəlb edilməsi ilə əlaqədar Milli Məclisdə dinləmələrin keçirilməsini məqsədəuyğun hesab edirəm. Bundan başqa, komitə üzvlərinin Qarabağ Universitetinə səfəri, orada tələbələrlə görüşlərin keçirilməsi də var. Yaz sessiyası müddətində səfərin reallaşdırılması doğru seçim olardı".
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub