Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun 27 yanvar tarixində Göygöl şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Komitədən “İki sahil”ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri yanvarın 30-da Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək:
"Qəbul saat 11:00-da Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında (ünvan: Göygöl şəhəri, Azay Kazımov küç.1a) keçiriləcək. Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinə (Əlaqə vasitələri: (022) 266 91 14, (055) 218 52 95, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur".
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub