Bu il peşə təhsili müəssisələrinə qəbul son on ilin ən yüksək göstəricisidir.
“İki sahil” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycanda peşə təhsilinin inkişafı ümumi təhsilin inkişafı ilə bağlı mühüm hədəflərdən biridir:
"Bu çərçivədə peşə təhsilinin əhatəliliyinin və keyfiyyətinin artırılması qarşıya məqsəd kimi qoyulub. Son illərdə də peşə təhsilinin əhatəliliyinə dair bir çox hədəfə artıq nail olunub. Bu tədris ilində peşə təhsil müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilib. Bu da son on ilin ən yüksək göstəricisidir. 2026-cı ilədək təxminən 28 min tələbənin peşə təhsil müəssisələrinə cəlb edilməsi planlaşdırılır".
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub