Milli Məclisdə "Ali təhsil haqqında" qanunun hazırlanması üçün yaradılmış işçi qrupunun yenidən formalaşması təklif edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edib.
O xatırladıb ki, "Ali təhsil haqqında" qanun hazırlansa da, qəbulu reallaşmayıb: “Ali təhsil haqqında qanun bəlkə də Milli Məclisin tarixində ilk sənəddir ki, onunla bağlı müzakirədə Milli Məclis sədri şəxsən iştirak etdi və İşçi qrupunun yaradılması haqqında göstəriş verdi. Yenidən işçi qrupu yaradılmalıdır. Düşünürəm ki, Təhsil haqqında qanunun ali təhsillə bağlı fəsilləri də təkmilləşdirməlidir".
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub