Milli Məclisdə Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsi təklif olunub.
“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, yaz sessiyasında önəmli məsələlərdən bir də "Ali təhsil haqqında" qanunun qəbuludur:
"Təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsinin bir ilə endirilməsidir. İnanıram ki, tezliklə qanun qəbul ediləcək və bu da təhsilimizin inkişafına öz töhfəsini verəcək".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Əziz Ələkbərli isə "Ali təhsil haqqında" qanunun parlamentin yaz sessiyasının gündəliyinə salınmasını təklif edib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub