Ucar Rayon Polis Şöbəsinə rayonun Qarabörk kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat, 4 ədəd patron darağı və 117 ədəd patron aşkarlanıb.
Bundan əlavə, aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub