Bakı şəhəri, Sabunçu rayonu, İ.Rəhimov küçəsi 14 ünvanında fəaliyyət göstərən ev quşlarının kəsimi məntəqəsində yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "İki sahil"ə verilən məlumata görə, fiziki şəxs Kərimov Ramiz Raqub oğluna məxsus müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin qida təhlükəsizliyi sahəsində normativ tələblərə əməl edilmədiyi, kəsim üçün müəssisəyə daxil olan quşların baytarlıq müayinəsindən keçirilmədiyi, kəsimdən sonra quş ətinin keyfiyyətinə baytar həkim tərəfindən nəzarət olunmadığı müəyyən edilib. Eyni zamanda, müəssisədə satış məqsədi ilə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan 230 baş ev quşunun kəsildiyi aşkarlanıb.
Tələblərə uyğun olmayan quş cəmdəklərinin satışa çıxarılmasının qarşısı alınıb, məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim edilib.
Faktla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub