Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə növbəti dəfə külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərin ölkə ərazisində daşınması, ünvanlara çatdırılması və satış şəbəkəsini quran şəxsin müəyyən edilməsi məqsədi isə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.
Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub. Narkoşəbəkənin ölkə üzrə əsas üzvlərindən olan şəxs - əvvəllər də narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş 31 yaşlı Elgün Əliyev bu əməliyyatın nəticəsi olaraq saxlanılıb. Onun evindən və sərnişin kimi əyləşdiyi avtomobildən 36 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs ifadəsində marixuananı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub