22 yanvar 2025 15:42
92

Avropa geosiyasi vəziyyətlə əlaqədar öz təhlükəsizliyini gücləndrməlidir - Donald Tusk

Avropa İttifaqı ölkələri müdafiə xərclərini artırmalıdırlar, çünki bu, onların yaşaması məsələsidir.

“İki sahil” xəbər verir ki,  bu barədə Polşanın baş naziri Donald Tusk "TVP İnfo"ya bildirib.

Onun sözlərinə görə, Avropa sağ qalmaq istəyirsə, silahlı olmalıdır. Tuskun fikrincə, Avropa hazırkı geosiyasi vəziyyətlə əlaqədar öz təhlükəsizliyini gücləndrməlidir.

“Bəzi insanlar düşünür ki, ÜDM-in 5%-ni öz təhlükəsizliyinizə xərcləmək həddən artıqdır. NATO ölkələri və Aİ ölkələri bu gün müdafiəyə daha çox pul xərcləməyə başlamalıdırlar”, - deyə o, qeyd edib.