22 yanvar 2025 18:13
106

Sülh sazişini Zelenski yox, Ali Rada imzalaya bilər - AÇIQLAMA

Moskva ilə Kiyev arasında sülh sazişini Vladimir Zelenski yox, Ali Rada imzalaya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova bildirib.

Bundan əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı mətbuat konfransında Zelenski qeyd etmişdi ki, Kiyev müttəfiqlərinin təzyiqi altında yeni Rusiya ərazilərini tanımaqla güzəştə getməyəcək.

Jurova qeyd edib ki, Zelenski öz mövqeyini açıq şəkildə səsləndirə bilsə də, Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə görüşdə bildirib ki, sülh sazişinin mütləq Zelenski tərəfindən imzalanması lazım deyil - Ali Rada bunu edə bilər.

“Ona görə də Zelenskinin belə sözlərindən sonra da variantlar var”, - deyə, deputat əlavə edib.