Rusiya üçün Suriyada öz öhdəliklərini yerinə yetirmək çətinləşib.
“İki sahil” "NEWS.ru"ya istinadla xəbər veri ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa bildirib.
O, Suriyanın yeni rəhbərliyinin Rusiya hakimiyyəti ilə Tartusla bağlı investisiya müqaviləsini ləğv etməsi ilə bağlı məlumatı belə şərh edib.
Parlamentari bunun Suriyadakı Rusiya bazaları ilə bağlı olmadığını vurğulayıb. Məsələ ondadır ki, Moskva əvvəllər limana xidmətlə bağlı məsuliyyəti öz üzərinə götürüb: "Orada mövcudluğumuz indi kəskin şəkildə azalıb və öhdəliklərimizi yerinə yetirmək bizim üçün açıq-aydın çətindir".
Bundan əvvəl Suriyanın yeni rəhbərliyi 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib.