ABŞ prezidenti Donald Trampın administrasiyası İsrail və HƏMAS arasında girovların azad edilməsi, daimi atəşkəs və İsrail qoşunlarının tamamilə çıxarılmasını nəzərdə tutan sazişin ikinci mərhələsinin razılaşdırılması üzərində işləməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Donald Trampın komandasındakı adı açıqlanmayan ABŞ rəsmisi deyib: “Baydenin bizə qoyub getdiyi sonun başlanğıcı deyil, başlanğıcın sonudur”. Qəzet yazır ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və bir gün əvvəl vəzifəyə başlayan dövlət katibi Marko Rubio bu məsələ ilə bağlı dərhal işə başlayacaqlar.
Mənbələrin sözlərinə görə, yeni administrasiyanın Yaxın Şərq siyasətində prioritetlərindən biri İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasıdır.