22 yanvar 2025 14:07
105

Rusiya və BƏƏ arasında razılaşma əldə edildi

Rusiya və Birləşmiş Ərəb Əmirliyi dividendlər, faizlər və royaltilərdən əldə edilən gəlirlərə 10% vergi dərəcəsi müəyyən etmək barədə razılığa gəliblər.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, maliyyə nazirinin müavini Aleksey Sazanov “Vedomosti”yə bildirib ki, bu, ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni sazişdə qeyd olunacaq.

Növbəti mərhələ 2025-ci ilin birinci yarısında baş tuta biləcək sənədin birbaşa imzalanması olacaq.

Yeni saziş təkcə dövlət qurumlarına deyil, özəl qurumlara və şəxslərə də təsir edəcək. Bu, Rusiyanın vergi bazasının azalmaması və xarici investisiya axınının artması üçün lazımdır.