Yanvarın 24-də, saat 11:00-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Salyan rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirəcək.
"İki sahil" bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutacaq görüşdə Salyan və Neftçala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-94-81; 055-510-59-95) müraciət edə bilərlər.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub