Sumqayıt şəhərində minik avtomobilində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü İsmayılov Sabir Cəfər oğluna məxsus “Toyota” markalı minik avtomobili anidən yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın söndürülüb, ətrafdakı maşınlara və tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub