Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Jazareviç ABŞ-ın təşkilatdan çıxmaq qərarını şərh edib.
“İki sahil” xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
"Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Ştatların təşkilatdan çıxmaq niyyətində olduğuna görə təəssüflənir", - deyə, məlumatda qeyd edilir.
Jazareviç ümid etdiyini bildirib ki, Vaşinqton bu qərara yenidən baxacaq.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması ilə bağlı sərəncam imzalayıb.
Daha sonra İrs Partiyasının lideri David Kerten Britaniya hökumətini də təşkilatdan çıxmaqda ABŞ-ı izləməyə çağırıb.