“Ukraynada müharibə başa çatmalıdır. Vəziyyət dalana dirənib”.
“İki sahil” UNIAN-a istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinə son qoymaq ABŞ-nin rəsmi siyasətinin tərkib hissəsi olacaq: "Bu, Ukraynaya, eləcə də Rusiyaya və Avropanın sabitliyinə böyük ziyan vuran mürəkkəb, faciəli müharibədir. Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır”.
Qeyd edək ki, bu, M.Rubionun dövlət katibi kimi Ukrayna ilə bağlı ilk açıqlamasıdır.