21 yanvar 2025 12:42
88

Azərbaycandan xaricə turist axını 15 %-dən çox artıb

2023-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 15,5 % artaraq 2158,9 min nəfər olub.

Bu barədə “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32 %, Rusiya Federasiyasına gedənlərin sayı 11,6 %, Gürcüstana gedənlərin sayı 11,5 %, Türkiyəyə gedənlərin sayı 8,5 % artıb.

Azərbaycan vətəndaşlarının 41 %-i Türkiyəyə, 20,7 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,7 %-i İrana, 20,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,8 %-ini kişilər, 36,2 %-ini qadınlar təşkil edib.

2024-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,4 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.