Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirib.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub