Azərbaycanın Rumıniyadakı Səfirliyi 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
“İki sahil” xəbər verir ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı Səfirliyinin əməkdaşları Qanlı Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz rolu olan Ulu Öndər Heydər Əliyevin Buxarestin Tey parkında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Daha sonra səfirlikdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Rumıniyada yaşayan, təhsil alan soydaşlarımız, o cümlədən Azərbaycan diasporunun nümayəndələri yaxından iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış sözü ilə açan səfir Qüdsi Osmanov nitqində 80-90-cı illərin tarixi xronikasına toxunaraq, Azərbaycan xalqının məruz qaldığı qərəzli, seçici münasibətə etiraz əlaməti olaraq öz iradəsini ortaya qoyması, törədilən bu qanlı cinayətlərə boyun əyməməsi və əsl birlik nümayiş etdirməsi nəticəsində suverenliyinə, müstəqilliyinə qovuşduğunu söyləyib.
20 Yanvar həqiqətlərinin dünyaya çatdırılması yolunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərdən danışan diplomat 44 günlük Vətən müharibəsində xalqımızın Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı qələbənin sarsılmaz iradəmizin nəticəsi olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Milli Arxiv İdarəsinin, Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırladığı “Qanlı Yanvar – Şahid sənədlər” adlı sənədli film nümayiş olunub. Diplomatik nümayəndəlikdə Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi və qonaqlar üçün ehsan süfrəsi təşkil edilib.
20 Yanvar hadisələri ilə əlaqədar Rumıniyanın Milli İnformasiya Agentliyi “Agerpres”də rumın dilində geniş məqalə dərc olunub.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub