Ötən ilin noyabrında Çinin Çjuxay şəhərində avtomobili izdihamın üzərinə sürən şəxs edam edilib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Qeyd edək ki, 62 yaşlı sürücü Çinin cənubunda yerləşən Quandun əyalətinin Çjuhay şəhərində avtomobili insanların üzərinə sürüb. Hadisə nəticəsində 25 nəfər ölüb, 43 nəfər xəsarət alıb.