20 yanvar 2025 09:26
268

Baş nazir və spiker Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, onlar faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.