20 yanvar 2025 09:27
84

Ölən iş adamının ailəsi təzminat tələb edir

Rusiyada məşhur olan "Cermuk" mineral suyunu istehsal edən Ermənistanın "Cermuk Qrup" QSC-yə, onun Rusiyadakı nümayəndələrinə və distribütoruna qarşı 1,5 milyard rubl (təxminən 249 milyon manat - red.) dəyərində iddia qaldırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Xatırladaq ki, keçən ilin fevral ayında vladiqafqazlı iş adamı Oleq Qusov bu mineral suyu içdikdən sonra yanıqlardan ölüb - şüşə butulkada qabların yuyulması üçün istifadə olunan sirkə turşusu olub. (Oxu.Az)