SOCAR-da “Liderlik Akademiyası” çərçivəsində “Enerji Liderləri” proqramının təqdimatı keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR rəsmi sosial şəbəkə hesəblarında paylaşım edib.
Proqramın əsas məqsədi orta xətt rəhbərlərinin liderlik bacarıqlarını təkmilləşdirmək, müasir idarəetmə yanaşmalarını tətbiq etmək, ortaq idarəetmə dəyərlərini formalaşdırmaqdır.
SOCAR ilə “Franklin Covey” şirkətinin əməkdaşlığı nəticəsində təşkil edilən proqram çərçivəsində 2300-dən çox rəhbərin yeni Liderlik Səriştə Modeli əsasında hazırlanmış 9 modullu təlimlərdə iştirak etməsi planlaşdırılır.