19 yanvar 2025 19:40
100

İsrailli nazir hökuməti devirməklə hədələyib

"Hökumət bütün Qəzza zolağımızı ələ keçirib idarə etməyimizə imkan verəcək şəkildə döyüşə qayıtmasa, onu devirəcəyəm".

“İki sahil” xəbər verir ki, bunu koalisiya hökumətində ifrat sağçı Dini Sionist Partiyasının lideri, İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

“Əgər mən baş nazir olsaydım, aparat rəhbərinə deyərdim ki, bu mənim siyasətimdir, əgər onu həyata keçirməyəcəksənsə, evinə get”, - Smotriç deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”