19 yanvar 2025 16:05
117

HƏMAS Qəzzada atəşkəsi təsdiqləyib

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəsin qüvvəyə mindiyini təsdiqləyib və müvafiq razılaşmanın şərtlərinə əməl etməyə davam etdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bununla bağlı bəyanat hərəkatın “Telegram” kanalında dərc olunub.

“Atəşkəs rejiminin qüvvəyə mindiyi anda biz bağlanmış sazişin şərtlərini yerinə yetirdiyimizi təsdiq edirik”, - deyə bildirilib.

Radikallar hesab edirlər ki, bu yolla onlar “(İsrailin baş naziri Benyamin) Netanyahunun hərbi əməliyyatları davam etdirmək cəhdlərinə baxmayaraq, İsraili təcavüzünü dayandırmağa məcbur ediblər”.

HƏMAS əlavə edib ki, fələstinli məhbuslar yanvarın 19-dan azad ediləcəklər.

“İsrail tərəfi tezliklə İsraildə məhkum olunmuş 90 qadın və azyaşlının siyahısını hərəkata təhvil verməlidir, sənəddə qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”