19 yanvar 2025 15:51
104

Suriyalı komandirdən qaçqınlara çağırış: Vətənimiz yenə bizimdir, ölkəmizə qayıdın!

Suriyada 61 illik Baas rejiminin süqutundan sonra həyat normala qayıdır. Suriyanın paytaxtı Dəməşqdə nəzarəti ələ keçirən yeni hökumətin əsgərləri şəhərin təhlükəsizliyi üçün keşik çəkməyə başlayıb.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, türk xalqına yardımlarına görə təşəkkür edən komandirlər, Türkiyədə yaşayan həmvətənlərini ölkələrinə dəvət ediblər.

Yeni rəhbərliyin əsgərlərindən Məhəmməd Hüseyn Həsəttuf müharibədə qalib gəldiklərini ifadə edərək, “Allaha şükür müharibə bitdi, ölkəmizə qayıtdıq. Türkiyədə bizə kömək etdi. Türkiyənin yeri hər zaman başımızın üstündədir. Prezident (Rəcəb Tayyib) Ərdoğana çox təşəkkür edirik. Ölkəmiz yenə bizimdir, ölkəmizə qayıdın. Türkiyə bizi qonaq edib ev Verdi, Allah razı olsun. Qayıdın, bura bizim vətənimizdir”- deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”