27 oktyabr 2026 15:31
107

Qətər XİN: Tehranla təmaslar davam etdirilir

Qətər nümayəndə heyəti oktyabrın 25-də Tehrana səfəri zamanı regional böhranın dərhal nizamlanması üçün İran tərəfi ilə mesaj və ideya mübadiləsi aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin direktoru İbrahim Sultan əl-Haşimi bildirib.

"Diplomatik səylər müxtəlif kanallar vasitəsilə, tərəfdaşlar və münaqişə tərəfləri ilə əlaqəli şəkildə davam etdirilir", — deyə diplomat nümayəndə heyətinin yeni təkliflər gətirib-gətirmədiyi ilə bağlı suala cavab verərkən keçirilən brifinqdə bildirib.

"Şübhəsiz ki, bu böhranın dərhal həllinə töhfə vermək və iki tərəf arasındakı münaqişəyə son qoymaq üçün mesaj, ideya və rəy mübadiləsi baş tutub".